GERIYƏ

Şəxsiyyət, cəmiyyət, Dövlət: Qarşılıqlı münasibətlərə müasir yanaşmalar. Respublika elmi konfransının materialları

Müəllif
Nəşr olunduğu il 2019
Elm sahəsi Elm və təhsil
Nəşriyyat
Nəşr yeri Mingeçevir

. Şəxsiyyət, cəmiyyət, Dövlət: Qarşılıqlı münasibətlərə müasir yanaşmalar. Respublika elmi konfransının materialları. Mingeçevir, , 2019.

Şəxsiyyət haqqında bütün deyilənləri ümumiləşdirərək belə bir nəticə çıxarmaq lazımdır ki, keçmişin tarixini görkəmli, harizmatik, ekstraordinar və dahi şəxsiyyətlər yaratdığı kimi, gələcəyin tarixinin yaradılması vəzifəsi də mütərəqqi, normativ və fenomenal şəxsiyyətlərin üzərinə düşəcək. Müasir dünyada fövqəladə hərbi-siyasi güc və qüdrət amilləri hesab edilən superetnoslar və onların milli liderləri özlərinin “yüksək həyati əhəmiyyət kəsb edən maraqlarını” reallaşdırmaq üçün bütün mövcud iqtisadi, siyasi və hərbi üsullardan və vasitələrdən istifadə edirlər. Bu həmişə belə olmuş, belədir və belə olacaq. Lakin bu günün və gələcəyin tarixinin əvvəcədən yazılmış ssenarisini yalnız bu və ya digər xalqın içərisindən çıxmış superşəxsiyyət, fenomenal iradə sahibi, qorxmaz və əzmli insan dəyişə bilər.