Regional İnkişafın Təmin Olunmasında İnnovativ Tendensiyalar: Reallıqlar Və Müasir Çağırışlar Mövzusunda Respublika Elmi Konfransının Materialları
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Mingeçevir |
. Regional İnkişafın Təmin Olunmasında İnnovativ Tendensiyalar: Reallıqlar Və Müasir Çağırışlar Mövzusunda Respublika Elmi Konfransının Materialları. Mingeçevir, , 2020.
Regionlara dövlət dəstəyinin artırılması regionların iqtisadi dirçəlişi və davamlı inkişafı naminə həyata keçirilən sistemli tədbirlər içərisində 1996-cı il iyul ayının 16-da qəbul edilmiş "Torpaq islahatı haqqında" Qanunun xüsusi əhəmiyyəti var idi. Qanuna görə vahid torpaq fondu əsasında dövlət, bələdiyyə və xüsusi torpaq mülkiyyəti formaları müəyyənləşdirildi, kəndli-fermer təsərrüfatları yaradıldı. Ölkədə yararlı torpaqlar sosial ədalət prinsipi əsasında kənddə yaşayan vətəndaşlar arasında bölüşdürüldü. 3,5 mln Azərbaycan vətəndaşına torpaq payları ayrıldı. Beləliklə, Azərbaycanın çoxəsrlik tarixində ilk dəfə olaraq, regionlarda maddi nemətlərin istehsalçıları olan kənd zəhmətkeşləri torpaq sahibləri oldular. Artıq 2003-cü ilin sonunadək bazar münasibətlərinə əsaslanan Azərbaycan iqtisadiyyatının prioritetləri və inkişaf perspektivləri ümumi cizgilərdə müəyyən olundu. Yeni prinsiplərə və innovativ inkişafa əsaslanan ölkə iqtisadiyyatı artıq ilk səmərəsini verdi.