Qadın və o
Müəllif | Amid Səlimoğlu |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Amid Səlimoğlu. Qadın və o. Bakı, , 2021.
Qadın... divarları bəyaz rənglə örtülmüş otağın bir küncündə sakitcə oturmuş, gözlərini gah boş divarlara, gah da yanında qoyulmuş köhnə ev telefonuna zilləyərək saniyələri dəqiqələrə doğru qovurdu. Arabir əllərini saçlarında gəzdirir, nəsə xatırlamış kimi gülümsəyərək boynunu bükürdü. Sonra yenidən ciddi baxışlarla üzünü telefona çevirərək bir neçə saniyə telefonu izləyirdi. Dizlərini qucaqlayır, üzünün solğun simasını həsrətlə telefona tuturdu. Əlindən başqa heç nə gəlmirdi. Gözləyirdi... səbrlə, sakit, səssiz və çarəsizcə...