GERIYƏ

OdƏrlər

Müəllif Şəmil Sadiq
Nəşr olunduğu il 2014
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat XAN nəşriyyatı
Nəşr yeri Bakı

Şəmil Sadiq. OdƏrlər. Bakı, XAN nəşriyyatı, 2014.

Yazıçı və müəllim Şəmil Sadiqin erməni separatçıları ilə mübarizəyə həsr olunmuş "OdƏrlər" romanı nadir əsərdir. Nadirlik süjet xəttinin son dərəcə orijinallığı, ölkələr, siyasətlər, dinlər, təriqətlər haqqında məlumatın zənginliyindədir. Ziyalı oxucu müəllifin, şəksiz, şübhəsiz, böyük istedadının məhsulunu təşəkkür hissi ilə qarşılayacaq və Azərbaycan ədəbiyyatına belə bir istedadın gəlməsi ilə fəxr edəcək. Adi oxucu isə romandakı məlumatın genişliyindən beynində genişlənmə duyacaq. Öz xalqına belə duyğular aşılamaq hər yazıçıya nəsib olmur. Çox mənalı, müdrik, ali roman yazmısan. Sevinə-sevinə təbrik edirəm. Böyüksən. Amma daha böyük gələcəyini gözləyirəm... Xahiş edirəm səhifələrin arxasındakı qeydlərimə laqeyd olma... Çünki bizim ikimizin taleyi var bu kitabda. Tale birliyi, əbədi yazıçılıq birliyi, gələcək həyat birliyi böyük, nadir xoşbəxtlikdir...