Elmi fəaliyyətin 60 ili keçmişdən gələcəyə
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Elmi fəaliyyətin 60 ili keçmişdən gələcəyə. Bakı, , 2024.
O dövrdə ETİİ-nin yaradılması, mərkəzləşdirilmiş planlı idarəetmə sisteminin tələblərinə uyğun olaraq, SSRİ-nin "Vahid xalq təsərrüfatı kompleksi"nin tərkibində xüsusi iqtisadi rayon kimi Azərbaycan SSR iqtisadiyyatının kompleks planlaşdırılmasının elmi əsaslarının gücləndirilməsi məqsədinə xidmət edirdi. XX əsrin 60-cı illərində sosial-iqtisadi inkişaf səviyyəsinə görə Azərbaycan SSR keçmiş SSRİ müttəfiq respublikaları arasında sonuncu yerlərdən birini tuturdu. Bunun əsas səbəblərindən biri də o dövrdə respublikada bilavasitə iqtisadiyyatın inkişafının planlaşdırılmasının elmi əsaslarının işlənilməsi ilə müntəzəm məşğul olan elmi-tədqiqat qurumunun olmaması idi. ETİİ-nin yaradılması məhz bu boşluğun aradan qaldırılması zərurəti ilə şərtlənmişdir