GERIYƏ

Qarabağın qara bağı

Müəllif N.Ə.Abbasov
Nəşr olunduğu il 2021
Elm sahəsi Tarix
Nəşriyyat AFpoliqraf
Nəşr yeri Bakı

N.Ə.Abbasov. Qarabağın qara bağı. Bakı, AFpoliqraf, 2021.

Səbir sözünün iki anlamı var. İtaət və dirəniş. 27 il xalqımız itaət yox, di-rəniş göstərdi. Bu illər ərzində bütün mövcud vasitələrdən istifadə edərək tor-paqlarımızı mənimsəmək istədilər. Ancaq ümummilli lider Heydər Əliyev ilk günlərdən bu dirənişin əsasını qoymuşdu. Düşünülmüş siyasət Azərbaycan xal-qının gələcək uğurlu qələbəsinin sarsılmaz özülləri üzərində yürüdülürdü. Umummilli liderin dirənişi, zamanı qabaqlayaraq işıqlı gələcəyə istiqamətlənən siyasəti bu gün öz bəhrəsini verdi. İlham Əliyev Heydər Əliyev siyasətini inamla davam etdirərək, ata vəsiyyətini ləyaqətlə yerinə yetirdi. Qarabağın qara bağı açıldı. Düşüncə tarixində xalqımızın mənəviyyatının əsasını təşkil edən, keçmişi-nə hörmət, gələcəyə inam kimi müqəddəs varislik prinsipləri bir lider timsalında xalqın mənəvi saflığının simvoluna çevrildi