Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər II Beynəlxalq elmi konfransının materialları (3 cilddə), I cild
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Mingəçevir |
. Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər II Beynəlxalq elmi konfransının materialları (3 cilddə), I cild. Mingəçevir, , 2023.
Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş.
Hər birinizi "Davamlı inkişaf strategiyası: qlobal trendlər, milli təcrübələr və yeni hədəflər" mövzusunda keçirdiyimiz II Beynəlxalq Elmi Konfransın açılış mərasimində həm öz adımdan, həm də Mingəçevir Dövlət Universiteti ailəsinin bütün üzvləri adından salamlayıram.
Bildiyiniz kimi, Möhtərəm Prezidentimizin müvafiq Sərəncamına əsasən 2023-cü il Azərbaycanda Heydər Əliyev İli elan edilib. Bu il Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü təntənəli şəkildə qeyd edirik. Açılışını etdiyimiz Beynəlxalq Elmi Konfrans da Ulu Öndərimizin 100 illik yubileyinə həsr olunub. Qeyd edim ki, Beynəlxalq Elmi Konfrans Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 3 fevral 2023-cü il tarixli müvafiq məktubu ilə təqdim olunmuş "Ali təhsil müəssisələrində 2023-cü ildə keçiriləcək beynəlxalq və respublika səviyyəli elmi konfrans və simpoziumların siyahısına əsasən təşkil olunur. Xatırlatmaq istəyirəm ki, eyni mövzuda I Beynəlxalq elmi konfrans Mingəçevir Dövlət Universitetinin evsahibliyi ilə 2021-ci ilin 11-12 dekabr tarixlərində keçirilmişdi. Təbii ki, həmin dövrün mövcud reallıqları nəzərə alınmaqla, birinci konfransımız online formatda təşkil olunmuşdu. Həmin konfrans Universitetimiz üçün çox əlamətdar olmuşdu. Çünki həmin konfrans Mingəçevir Dövlət Universitetinin tarixində keçirilən ilk beynəlxalq elmi konfrans idi. Elmi ictimaiyyətdən daxil olan rəylər birinci konfransimizin çox uğurlu olduğunu göstərdi. Məhz bu səbəbdən də, eyni mövzuda Konfransın davamlı əsaslarla iki ildə bir dəfə keçirilməsinə qərar verdik