GERIYƏ

Müasir təhsil axtarışlar və perspektivlər (Monoqrafiya)

Müəllif Cəbrayılov İ.H
Nəşr olunduğu il 2013
Elm sahəsi Elm və təhsil
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

Cəbrayılov İ.H. Müasir təhsil axtarışlar və perspektivlər (Monoqrafiya). Bakı, Mütərcim, 2013.

Mədəniyyət və sivilizasiyaların yarandığı vaxtdan sonrakı bü-tün dövrlərdə insanlar daim bilik qazanmağa, bacarıqlarını təkmil-ləşdirməyə, dərinləşdirməyə çalışmışlar. Təbiət və cəmiyyət hadi-sələrinə tədricən nüfuz etmək, dünyada cərəyan edən proseslərə bə-lədlilik nəinki elmin, ayrı-ayrı fərdlərin, bütövlükdə cəmiyyətin in-kişafına təkan vermişdir. Aydın məsələdir ki, bilik və bacarıqların qazanılması, mənəvi dəyərlərin nəsildən-nəsilə ötürülməsi, cəmiy-yətdə fəal mövqe tutan vətəndaşın yetişdirilməsi məhz təhsil vasi-təsilə, təhsil prosesinin düzgün təşkili ilə mümkündür