GERIYƏ

Məhəmməd Füzuli

Müəllif
Nəşr olunduğu il 2001
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat
Nəşr yeri Bakı

. Məhəmməd Füzuli. Bakı, , 2001.

Füzuli haqqındakı ilk məlumatı Qəstəmonlu Lətifinin təzkirəsində tapırıq. Bu əsər 1546-cl ildə başa çatdırılmışdı, onda hələ Füzuli sağ idi, 52 yaşı vardı və Latifi Füzulini Rumda - Ki-çik Asiyada məşhur olan bir söz ustası adlandırırdı. 1563-cü ildə Füzulinin vəfatından az son-ra oğlu Fəzli ilə dost olmuş başqa bir şair və təzkirəçi Əhdi Bağdadi "Gülşən-üş-şüəra"sında təsdiqləyirdi ki, onun Nəvaiyə yaxın türkcə şerləri türk və moğolların dilinin əzbəri olduğu kimi, fars dilindəki "Divan"ı hər ölkədə məşhurdur, ərəbcə şerləri isə Rum zərifləri tərəfindən bəyənilir