Azərbaycan Milli mətbəxinin əziz və ləziz Şəki xörəkləri
Müəllif | Xəlifəzadə Cabir Müzəffər oğlu |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | Zərdabi LTD MMC |
Nəşr yeri | Bakı |
Xəlifəzadə Cabir Müzəffər oğlu. Azərbaycan Milli mətbəxinin əziz və ləziz Şəki xörəkləri. Bakı, Zərdabi LTD MMC, 2011.
İlk dəfə bədii şəkildə xörəklərin rəngli təsvirlərilə nəşr olunan bu kitab Şəki mətbəxi, süfrə mədəniyyəti, qonaqpərvərliyi ilə bərabər Şəki mətbəxinin məşhur özünəməxsus xörəklərinin şeirlə maraqlı söhbətləri, Şəkinin füsunkar təbiəti, landşaftı, flora və faunası xörək bişirmək üçün lazım olan ərzaqların, meyvə tərəvəzlərin, ədviyyələrin sayəsində laziz xörəklərin poeziya dili ilə bir növ sintez yaradaraq xalqımızın dad yaddaşını, damaq zövqünü yada salmaqla müəllifin oxucularla yeni görüşüdür. Kitabda Şəkinin kulinariya, aşçılıq, şirniyyatçılıq sənəti və süfrə mədəniyyəti, qida məhsulları haqqında dəyərli və faydalı məsləhətlər, Şəkiyə aid şeirlər, atalar sözləri özünə yer alıb. Həmçinin burada xörəklərin hazırlanma texnologiyası, mətbəx sənəti, halal süfrə haqqında anlayış, cəmiyyətimizin, ailəmizin sağlam və rasional qidalanmasına, insanların uzun ömürlülüyünə təsir edən xüsusi bilgilər də göstərilmişdir. Kitabda həmçinin soyuq qəlyanaltı. şorbalar, quru xörəklər, kabablar və plovlar, şirin xörəklərin və şərbətlərin reseptləri və ədviyyələr haqqında da qısa məlumat verilib. Düşünürəm ki, bu gözəl kitab, ham da həyatınızın gözəlliyinə zəmin yaradacaq, daim maraq dairəsində olacaq.
İnanıram ki, bu kitab geniş oxucu kütləsinin, Şəkiyə gələn qonaqların, xarici turistlərin Şəki milli mətbəxinə olan marağını ödəyəcək, buradakı yeniliklər onları sevindirəcək və səyyahlar üçün yaddaş yoldaşı olacaq.