GERIYƏ

1002 şirniyyat

Müəllif Əhmədov Əhməd-Cabir İsmayıl oğlu
Nəşr olunduğu il 2010
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Gənclik
Nəşr yeri Bakı

Əhmədov Əhməd-Cabir İsmayıl oğlu. 1002 şirniyyat. Bakı, Gənclik, 2010.

Elə bir ailə tapılmaz ki, orada dadlı və ləzzətli şirniyyat məmulatı, mürəbbə, kompot və şərbət hazırlanmasın. Kitabda müxtəlif şirniyyat məhsullarının, o cümlədən kompot, mürəbbə, çiy mürəbbə, şirin xörəklər, şərbət, üzümdən alınan şirin məhsullar, müxtəlif xəmirlərdən hazırlanan unlu şirniyyat məmulatı və tortların reseptləri, onların hazırlanması və saxlanılması barədə məlumatlar toplanmışdır. Azərbaycan şirniyyatının hazırlanması qay-daları isə ayrıca bölmədə verilir. Kitabın 1993-cü ildə işıq üzü görən birinci nəşrindən sonra bəzi reseptlər dəqiqləşdirilmiş, əlavələr edilmiş, müəllif tərəfindən hazırla-nan yeni çeşiddə şirniyyatlar və tortlar haqqında məlumatlarla zənginləşdirilmişdir. Birinci nəşrdən fərqli olaraq burada müxtəlif şirniyyatların, eləcə də müəllifin firma tortlarının rəngli şəkilləri verilmişdir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur