GERIYƏ

Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar mövzusunda elmi konfransın materialları

Müəllif
Nəşr olunduğu il 2017
Elm sahəsi Elm və təhsil
Nəşriyyat
Nəşr yeri Mingeçevir

. Azərbaycanda təhsil siyasətinin prioritetləri: müasir yanaşmalar mövzusunda elmi konfransın materialları. Mingeçevir, , 2017.

Təhsil siyasəti təhsil sisteminin səmərəli fəaliyyətinin təmin edilməsinə yönəlmiş dövlət fəaliyyətidir. Cəmiyyətdə təhsilin təşkili, təhsil sisteminin strukturu və müxtəlif təhsil qurumlarının fəaliyyətinin koordinasiya edilməsi, bu istiqamətdə vacib prinsip və prioritetlərin müəyyən olunması, eləcə də təhsil haqqında qanun, proqram və digər normativ-hüquqi aktların hazırlanıb, qəbul edilməsi təhsil siyasətinin vacib elementlərini təşkil edir. Son illərdə respublikamızda qəbul edilmiş "Azərbaycan-2020: Gələcəyə baxış" inkişaf konsepsiyası, habelə "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə dövlət strategiyası" təhsilin dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyinin bariz nümunələrindəndir. Strategiya sürətlə modernləşən Azərbaycanda müasir təhsil sisteminin formalaşdırılması üçün beş strateji istiqamətdə genişmiqyaslı, kardinal islahatların həyata keçirilməsini nəzərdə tutur. Burada səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması, təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənlərin formalaşdırılması, nəticələrə görə cavabdeh, şəffaf və səmərəli tənzimləmə mexanizmlərinə malik yeni idarəetmə sisteminin qurulması, müasir tələblərə cavab verən təhsil infrastrukturunun yaradılması, təhsilin dayanıqlı və müxtəlif mənbələrdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexanizminin bərqərar olması nəzərdə tutulmuşdur