Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi
Müəllif | Mirzəzadə Reyhan |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Zərdabi LTD MMC |
Nəşr yeri | Bakı |
Mirzəzadə Reyhan. Azərbaycançılıq və vətənpərvərlik məfkurəsi. Bakı, Zərdabi LTD MMC, 2016.
Publisist-politoloq Reyhan Mirzəzadənin imzası Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Onun iyirmi ildən artıq bir müddətdə dövlətçilik, ölkəşünaslıq, İslam dini, uşaqların tərbiyəsi, respublikamızın dünyanın müxtəlif millətləri, ölkələri ilə tarixi və müasir mədəni əlaqələri, dostluğu, xalqların tanınmış simaları, eləcə da Azərbaycanın görkəmli dövlət, elm, mədəniyyət xadimlərinin həyatı və xidmətləri haqqında çoxsaylı yazıların müəllifidir. Bu yazı və digər tədqiqat məqalələri ölkə mətbuatında mütəmadi dərc olunub və dərc olunmaqda davam edir. Sayca müəllifin ikinci kitabı olan bu nəşrə daxil edilən materiallar Reyhan Mirzəzadənin yaradıcılıq fəa-liyyətindəki yazılarının bir qismidir. Qeyd olunan mövzularla bağlı müəllifin fəaliyyətinin digər nümunələri növbəti nəşrlər üçün nəzərdə tutulmuşdur