GERIYƏ

İrəvanda məktəbdarlıq və maarifçilik: 1800-1920-ci illərdə ədəbi-mədəni mühit

Müəllif Məhərrəmov Ziyəddin
Nəşr olunduğu il 2010
Elm sahəsi Tarix
Nəşriyyat Nurlan
Nəşr yeri Bakı

Məhərrəmov Ziyəddin. İrəvanda məktəbdarlıq və maarifçilik: 1800-1920-ci illərdə ədəbi-mədəni mühit. Bakı, Nurlan, 2010.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Ziyəddin Həmil oğlu Məhərrəmovun bu kitabında qədim tarixə, zəngin ədəbi ənənələrə malik İrəvan xanlığı ərazisində Azərbaycanın Qərb zonasında məktəbdarlıq və mədəniyyətin, o cümlədən maarifçilik ədəbi hərəkatının yaranması və inkişaf xüsusiyyətləri araşdırılmışdır. Müəllif elmi-tarixi mənbələrə, arxiv sənədlərinə və İrəvanda ilk yazılı mətbuat abidələri "Lək-lək", "Bürhani-həqiqət" jurnallarına istinadən ictimai-ədəbi VƏ milli-mədəni fikir tariximizin mənzərəsini işıqlandırmağa çalışmışdır.