GERIYƏ

Azərbaycan dövlətçiliyi tarixində gömrük işi: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920

Müəllif Quliyev Röfət Əli oğlu
Nəşr olunduğu il 2015
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Turxan NPB
Nəşr yeri Bakı

Quliyev Röfət Əli oğlu. Azərbaycan dövlətçiliyi tarixində gömrük işi: Azərbaycan Xalq Cümhuriyyəti: 1918-1920. Bakı, Turxan NPB, 2015.

Kitabda Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli gömrük xidmətinin yaradılması, qısa vaxt ərzində daha da təkmilləşdirilməsi prosesi sistemli şəkildə təhlil olunur. Əsərdə həmçinin Azərbaycan Parlamenti və hökumətinin ölkənin quru və dəniz sərhədlərində gömrük nəzarəti və gömrük baxımından sərhəd mühafizəsi xidmətinin təşkili, xarici ticarətin gömrük tənzimlənməsinin hüquqi əsaslarının yaradılması sahəsində fəaliyyəti işıqlandırılır. Milli hökumətin gömrük siyasətində tarixi şəraitdən asılı olaraq həyata keçirilən mühüm dəyişikliklər zəngin arxiv sənədləri və digər materiallar əsasında araşdırılır. Kitabda tədqiq olunan problemlə bu və ya digər şəkildə əlaqəli olan əhəmiyyətli tarixi sənədlər elmi dövriyyəyə ilk dəfə daxil edilmişdir. Kitab milli iqtisadiyyatın və gömrük tarixinin tədqiqi və tədrisi ilə məşğul olan elmi işçilər, müəllimlər, həmçinin «İqtisadiyyat» və «Gömrük işi» ixtisası üzrə təhsil alan tələbələr və milli gömrük tariximizi öyrənən oxucular üçün faydalı ola bilər.