Azərbaycan dövlətçiliyi tarixində gömrük işi: Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı: 1991-2014
Müəllif | Quliyev Röfət Əli oğlu |
---|---|
Nəşr olunduğu il | 2015 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Turxan NPB |
Nəşr yeri | Bakı |
Quliyev Röfət Əli oğlu. Azərbaycan dövlətçiliyi tarixində gömrük işi: Azərbaycan Respublikasında gömrük sisteminin inkişafı: 1991-2014. Bakı, Turxan NPB, 2015.
Kitabda Azərbaycan Xalq Cümhuriyyəti devrildikdən sonra xarici ticarət əlaqələri üzərində dövlət inhisarının bərqərar olması və gömrük işi sahəsində sovet rejiminin özünəməxsus qaydalarının tətbiq edilməsi prosesi sistemli şəkildə araşdırılır. 1920-1991-ci illər ərzində Azərbaycan SSR ərazisindəki gömrükxanaların fəaliyyəti, sovet gömrük sistemində rolu və əhəmiyyəti təhlil olunur. Tədqiq olunan problemlə bu və ya digər şəkildə əlaqəli olan bir sıra əhəmiyyətli tarixi sənədlər elmi dövriyyəyə ilk dəfə daxil edilmişdir.
Kitab milli iqtisadiyyatın və gömrük tarixinin tədqiqi və tədrisi ilə məşğul olan elmi işçilər, müəllimlər, həmçinin "İqtisadiyyat" və "Gömrük işi" ixtisası üzrə təhsil alan tələbələr və milli gömrük tariximizi öyrənən oxucular üçün faydalı ola bilər.