Azərbaycanın torpaq ehtiyatları
Müəllif | Qərib Şamil oğlu Məmmədov |
---|---|
Nəşr olunduğu il | 2002 |
Elm sahəsi | Təbiət elmləri |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Qərib Şamil oğlu Məmmədov. Azərbaycanın torpaq ehtiyatları. Bakı, Elm, 2002.
Kitabda Azərbaycanın zəngin torpaq ehtiyatları, ayrı-ayrı torpaq tipləri, torpaq islahatı nəticəsində dövlət mülkiyyətində saxlanılan, bələdiyyə və xüsusi mülkiyyətə verilən torpaq sahələri barədə, eləcə də, torpaqların kateqoriyalar və keyfiyyət qrupuna görə bölgüsü haqqında, həmçinin dövlət, bələdiyyə və xüsusi mülkiyyətdəki kənd təsərrüfatına yararlı torpaq sahələri haqqında məlumatlar ətraflı şərh və təhlil edilmişdir.
Təqdim edilən kitab Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının, digər ali və orta ixtisas məktəblərinin müvafiq fakültələrinin tələbələri, aqrar elmlərlə məşğul olan tədqiqatçılar, aspirantlar, uyğun ixtisaslar üzrə digər təhsil ocaqlarının tələbələri, Azərbaycanın torpaq ehtiyatları haqqındakı statistik rəqəmlərlə maraqlananlar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur