Sədnik Paşa Pirsultanlının lətifələri II kitab
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2005 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | AGAH |
Nəşr yeri | Bakı |
. Sədnik Paşa Pirsultanlının lətifələri II kitab. Bakı, AGAH, 2005.
Görkəmli folklorşünas alim, şair, publisist S.P.Pirsultanlı onlarca samballı elmi monoqrafiya və dərsliyin, bir çox şer kitablarının müəllifidir. Eyni zamanda o, 50 ildən artıqdır ki, şifahi xalq ədəbiyyatı nümunələrini toplamaq, nəşr, tədqiq və təbliğ etməklə məşğuldur. Milli folklorumuzun ayrı-ayrı janrlarına aid olan saysız-hesabsız nadir söz inciləri məhz S.P.Pirsultanlının fədakar əməyi sayəsində geniş oxucu kütlələrinin istifadəsinə verilmiş və özünün əsil elmi qiymətini almışdır