Bakıda metalişləmə tarixi: IX-XVII əsrlər
Müəllif | İbrahimov Fərhad Əlibaba oğlu |
---|---|
Nəşr olunduğu il | 1995 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
İbrahimov Fərhad Əlibaba oğlu. Bakıda metalişləmə tarixi: IX-XVII əsrlər. Bakı, Elm, 1995.
Monoqrafiya sənətkarlığın aparıcı sahələrindən biri olan metalişləməyə həsr olunmuşdur. Bu əsərdə qədim Bakı ərazisindən tapılan şəhər əhalisinin məişət və
təsərrüfatında geniş istifadə olunmuş çoxlu miqdarda müxtəlif metal əşyalar, o cümlədən əmək alətləri, silahlar və s. öz əksini tapmışdır. Monoqrafiyada
İçərişəhərdən əldə edilən metal məmulatından hazırlanmış əşyaların geniş çeşidli olması, onların təsərrüfat və məişət həyatında böyük rol oynaması müəyyən
edilmişdir. Klassiklər insanın həyat və fəaliyyətində əmək alətlərinin aparıcı rolunu xüsusilə qeyd etmişlər. Bu cəhətdən monoqrafiyada haqqında danışılan dəmirdən düzəldilmiş əmək alətlərinin orta əsrlərdəki əməli əhəmiyyəti nəzəri cəlb edir. Bununla yanaşı arxeoloji tədqiqatlar nəticəsində əldə olunan əlvan və
qiymətli metallardan hazırlanmış bədii tərtibatlı bəzək əşyaları haqqında da əsərdə ətraflı məlumat verilir.