Elm və texnikanın müasir problemləri və inkişaf perspektivləri Mövzusunda Elmı konfransının materıalları
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2017 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | |
Nəşr yeri | Mingəçevir |
. Elm və texnikanın müasir problemləri və inkişaf perspektivləri Mövzusunda Elmı konfransının materıalları. Mingəçevir, , 2017.
Bu gün hər bir xalqın, dövlətin qüdrətini müəyyən edən əsas amillərdən biri elm və texnikanın inkişaf səviyyəsidir. Elmi və texniki potensialı güclü olan ölkənin iqtisadiyyatı da, ordusu da, əhalisinin sosial rifah halı da yüksək olur.
Müstəqil Azərbaycanda elmə və təhsilə həmişə böyük önəm verilmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş və möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən uğurla davam etdirilən dövlət siyasətində elmin inkişafına xüsusi yer ayrılmışır. Son illər bütün sahələrdə olduğu kimi, elm sahəsində də mühüm islahatlar aparılır, onun inkişafına yönəlmiş müxtəlif tədbirlər həyata keçirilir. "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya" və "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Dövlət Proqramı"nın, "Elm haqqında" Azərbaycan Respublikasının qanunun qəbul edilməsini, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun və Bilik Fondunun yaradılması, Gənclər üçün Prezident Mükafatının, Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatlarının təsis edilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının institutlarında, muzeylərində, rəsədxanasında təmir-bərpa, yenidənqurma işlərinin aparılması, Mərkəzi Elmi Kitabxananın və "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzinin yeni binalarının müasir üslubda tikilib istifadəyə verilməsi elmin inkişafına göstərilən diqqət və qayğının bariz təzahürüdür.
Elmi-texniki tərəqqidə ali texniki məktəblərin üzərinə mühüm vəzifələr düşür. Mütəxəssis hazırlığı ilə yanaşı, elmi-tədqiqat işlərinin aparılması ali texniki məktəbin fəaliyyətinin ayrılmaz tərkib hissəsidir. Konfransın keçirilməsi Mingəçevir Dövlət Universitetində bu istiqamətdə aparılan ardıcıl və məqsədyönlü işlərdən biri hesab oluna bilər. Ümid edirəm ki, Mühəndislik fakültəsi tərəfindən təşkil olunan bu konfrans universitetimizin elmi həyatında əhəmiyyətli yer tutacaq, digər fakültələrdə və kafedralarda bu cür tədbirlərin keçirilməsinə stimul verəcəkdir.