Relsdən Excel-ə
Müəllif | Kamransoy Ülviyyə |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Kamransoy Ülviyyə. Relsdən Excel-ə. Bakı, , 2024.
Məhsulların dünya üzərində dövriyyəsi və paylanması prosesi qlobal iqtisadiyyatın mühüm hissəsi olan logistika sənayesi tərəfindən idarə olunur. Çünki texnoloji irəliləyişlərə və daha sürətli, daha effektiv çatdırılma metodlarına görə, logistika son 20 il ərzində əhəmiyyətli dərəcədə inkişaf yolu qət etmişdir. Bu inkişaf bütövlükdə logistika bazarına təsir göstərmiş, onu müasir dünyaya müsbət təsiri olan dinamik bir sektora çevirmişdir. Logistika sektorunun çox şaxəli olması ilk başlarda mürəkkəb görünsədə, daxilinə endikcə nizamla qurulmuş zəncirvari sistemin olduğunu başa düşə bilərik. Logistikanın idarə edilməsi səmərəli və effektiv təchizat zənciri əməliyyatları üçün çox vacibdir. Nəqliyyat, anbar, inventar nəzarəti və digər logistika proseslərini optimallaşdırmaqla, o, müəssisələrə xərcləri minimuma endirməyə, müştəri məmnuniyyətini maksimum dərəcədə artırmağa və bazarda rəqabət üstünlüyü əldə etməyə imkan verir. Bunu həyata keçirməyə kömək edən dörd əsas effektiv logistik idarəetmə növü mövcuddur.