Azərbaycanda kosmik elm və texnologiyaların keçdiyi yollar
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Texnika. Texniki elmlər |
Nəşriyyat | Parlaq İmzalar |
Nəşr yeri | Bakı |
. Azərbaycanda kosmik elm və texnologiyaların keçdiyi yollar. Bakı, Parlaq İmzalar, 2024.
Müdafiə Sənayesi Nazirliyi Milli Aerokosmik Agentliyinin (MAKA) 50 illik yubileyinə həsr olunan bu kitab real tarixi faktlar, arxiv sənədləri, təşkilatın 50 illik fəaliyyəti dövründə yerinə yetirilmiş işlərin nəticələri, alim və mütəxəssislərin hazırladıqları müxtəlif təyinatlı cihazlar haqqında məlumatlar əsasında tərtib olunmuşdur. Kitabda MAKA-nın elmi-tədqiqat və təşkilati fəaliyyətinin tarixi şərti olaraq üç dövrə ayrılmışdır. Birinci dövr 1974-1984-cı illəri, 2-ci dövr Kosmik Tədqiqatlar Elm-İstehsalat Birliyinin SSRİ Ümumi Maşınqayırma Nazirliyinin, Azərbaycan Xüsusi Maşınqayırma və Konversiya Komitəsinin və AMEA-nın tərkibində olduğu 1985-2006-cı illəri, 3-cü dövr isə təşkilatın Müdafiə Sənayesi Nazirliyinin tabeliyində fəaliyyət göstərdiyi 2006-cı ildən sonrakı illəri əhatə edir. Eyni zamanda kitabda Ulu Öndər Heydər Əliyevin Azərbaycanda kosmik infrastrukturun yaradılmasında rolundan bəhs olunmuş, MAKA-nın 50 illik fəaliyyəti dövründə beynəlxalq əlaqələri, təşkilatda həyata keçirilmiş tədbirlər və görüşlər, nəşriyyat fəaliyyəti işıqlandırılmış, təşkilata rəhbərlik etmiş baş direktorlar və digər rəhbər işçilər, çoxillik əmək fəaliyyəti ilə fərqlənən alim və mütəxəssislər haqqında məlumatlar şərh olunmuşdur