Neftin nəqli və saxlanması
Müəllif | İsmayılov Q.Q., Mirələmov Hüseynbala Fazil oğlu, İskəndərov Elman Xeyrulla, İsmayılova F.B. |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | ADNSU |
Nəşr yeri | Bakı |
İsmayılov Q.Q., Mirələmov Hüseynbala Fazil oğlu, İskəndərov Elman Xeyrulla, İsmayılova F.B.. Neftin nəqli və saxlanması. Bakı, ADNSU, 2020.
Dərs vəsaiti neftin və neft məhsullarının nəqli və saxlanması məsələlərinə həsr olunmuşdur.
Kitabda nəql sxemləri və üsulları, nasos qurğuları, neft kəmərlərinin hesablanması və işinin tənzimlənməsi, ardıcıl nəql üsulu, multifazalı neft kəmərlərinin hesablanması və neftin, neft məhsullarının saxlanması ilə bağlı məsələlər işıqlandırılmış, onlara dair nümunəvi hesablamalar, həmçinin yoxlama sualları verilmişdir.
Dərs vəsaiti, «Neft-qaz mühəndisliyi» və «Neft-qaz qurğuları mühəndisliyi» ixtisasları üzrə təhsil alan bakalavriat və magistrantlar üçün nəzərdə tutulmuşdur.
Dərs vəsaitindən həmçinin neftin, qazın, neft məhsullarının nəqli və saxlanması problemlərinin tədqiqi ilə məşğul olan tədqiqatçı və mütəxəssislər də istifadə edə və faydalana bilərlər.