GERIYƏ

Neft və ekoloji təhlükəsizlik: reallıq və perspektivlər

Müəllif Hüseynov Arif Güləhməd oğlu
Nəşr olunduğu il 2022
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Afpoliqraf
Nəşr yeri Bakı

Hüseynov Arif Güləhməd oğlu. Neft və ekoloji təhlükəsizlik: reallıq və perspektivlər. Bakı, Afpoliqraf, 2022.

Monoqrafiyada neftqazçıxarma sənayesində ekoloji problemlərin çoxluğu və müxtəlifliyi nəzərə alaınaraq, bu sahədə texnogen qəzaların və torpaqlarn çirklənməsinin qarşısının alınması və onun təbii mühitin bütün komponentlərinə dəyişkən neqativ təsirləri xüsusi elmi aspektlərdə öyrənilmişdir. Monoqrafiyada həmçinin neft-qaz sənayesi obyektlərinin tikintisi və istismarı zamanı təbiətə və ətraf mühitə dəyən ziyanın mövcüd vəziyyəti sistemli yanaşma üsullarından istifadə etməklə kompleks şəkildə təhlil edilmiş, təbiətdən istifadənin səmərəlilik və ekoloji təhlükəsizlik, habelə təşkilati-iqtisadi mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində mövcud yanaşmalardan öz məzmunu və qiymətləndirmə meyarları ilə əsaslı şəkildə fərqlənən, elmi cəhətdən əsaslandırılmış nəzəri-metodoloji və əməli xarakterli təklif və tövsiyələr verilmiş, neft-qaz sənayesində ətraf mühitə neqativ təsirlərinin azaldılması üzrə innovasiya fəaliyyətinin genişləndirilməsi və ekoloji təhlükəsizlik mexanizmlərinin təkmilləşdirilməsi istiqamətləri göstərilmişdir Monoqrafiya neft və ekoloji təhlükəsizlik problemləri, təbii sərvətlərindən səmərəli istifadə məsələləri ilə məşğul olan elmi işçilər, müvafiq nazirlik-lərin, şirkətlərin, icra orqanlarının rəhbər işçiləri və mütəxəssisləri üçün nəzərdə tutulmuşdur. Ali məktəblərin müəllimləri, ixtisasartırma institutlarının dinləyiciləri, ƏMM və Tİ üzrə layihələr hazırlayan menecerlər də bu monoqrafiyadan bəhrələnə bilərlər.