Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti (Türkiyə tarixşünaslığında)
Müəllif | Nəcəfli T.H. |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | «Turxan NPB» |
Nəşr yeri | Bakı |
Nəcəfli T.H.. Azərbaycan Səfəvi dövlətinin xarici siyasəti (Türkiyə tarixşünaslığında). Bakı, «Turxan NPB», 2020.
Monoqrafiyada Azərbaycan Səfəvi dövlətinin xarici siyasətinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi öyrənilmişdir. Əsərdə Azərbaycan Səfəvi dövlətinin yaranması və möhkəmlənməsi prosesinə Türkiyə tarixçilərinin münasibəti aydınlaşdırılmış və XVI-XVIII asrin I yarısında Səfəvi və Osmanlı dövlətləri arasındakı siyasi əlaqələr, Azərbaycan Səfəvi dövlətinin Məmlük dövləti. Şeybanilər, Türküstan xanlıqları, Böyük Moğol imperiyası, Böyük Moskva knyazlığı, Gürcüstan knyazlıqları və Avropa ölkələri ilə qarşılıqlı əlaqələr tarixinin Türkiyə tarixşünaslığında tədqiqi səviyyəsi araşdırılmış və dövrün mənbələrindən istifadə edilərək təhlil edilmişdir. Əsərdə Azərbaycan Səfəvi dövlətinin xarici siyasət tarixinə dair zəngin faktik material verilir.