Fateh
Müəllif | Nurlan Quliyeva |
---|---|
Nəşr olunduğu il | 2012 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | YYSQ |
Nəşr yeri | Bakı |
Nurlan Quliyeva. Fateh. Bakı, YYSQ, 2012.
Nurlan Quliyeva “Sirli kainat” və “Riyaziyyatın konstruktiv təlimlə tədrisi metodikası” adlı kitabların müəllifidir. Sayca müəllifin üçüncü kitabı olan “Fateh” fantastik, elmi-fantastik roman və povestdən, bədii, bədii-elmi hekayələrdən, mənzum təmsillərdən, miniatürlərdən ibarətdir. Romanda Dağlıq Qarabağ müharibəsinin acı həqiqətlərindən, əbədiyyəti həyatı bahasına qazanmış insanların həyatından bəhs edilir.