GERIYƏ

Dastana dönən igidlər

Müəllif İltifat Əhmədov
Nəşr olunduğu il 2021
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Ecoprint
Nəşr yeri Bakı

İltifat Əhmədov. Dastana dönən igidlər. Bakı, Ecoprint, 2021.

"Dastana dönən igidlər" kitabı Lənkəran jurnalistika məktəbinin yetirməsi İltifat Əhmədovun sayca üçüncü kitabıdır. Bundan əvvəl müəllifin "İllərin söz çələngi" (2019) və "Vətən sənə oğul deyir" (2020) kitabları işıq üzü görüb. Peşəkar, təcrübəli yazıçı-jurnalist növbəti kitabını doğulub boya-başa çatdığı Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbəsindən və Küvənil kəndindən olan mərd, igid oğulların Əfqanıstanda hərbi xid-mət zamanı, eyni zamanda, 1-ci və 2-ci Qarabağ müharibələrində Vətən borcunu yerinə yetirərkən şəhid olmuş həmyerlilərinin, qazilərin, vete-ranların və iştirakçıların şərəfli ömür və döyüş yoluna həsr edib.