Magistrantların “Elm günü”nə həsr olunmuş virtual II elmi-nəzəri konfransının materialları
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Mingəçevir Dövlət Universiteti |
Nəşr yeri | Mingəçevir |
. Magistrantların “Elm günü”nə həsr olunmuş virtual II elmi-nəzəri konfransının materialları. Mingəçevir, Mingəçevir Dövlət Universiteti, 2020.
İlk gündən demişəm ki, universitetimizdə magistratura təhsil səviyyəsi o zaman yüksək nailiyyətlərə nail olacaq ki, magistrantlarımızın mütəmadi verdiyi təkliflər, tövsiyyələr əsasında onların arzu və istəyinə uyğun qura bilək. Magistrantların dissertasiya işlərinin vaxtında və keyfiyyətlə yaza bilmələrinə zəruri dəstək göstərilməsi üçün aidiyyəti kafedralara müvafiq tövsiyələr verilmişdir. 27 Mart "Elm günü"nə həsr olunmuş magistrantların II elmi-nəzəri konfransının keçirilməsində məqsəd magistrantların elmi-tədqiqat bacarıqlarının nümayiş etdirilməsi və magistr dissertasiyalarının yazılmasına dəstək verilməsidir. "Elm günü" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 aprel 2018-ci il tarixli sərəncamı ilə ölkə üçün əlamətdar gündə - AMEA-nın təsis olunduğu gündə təsis olunmuşdur. Ümid edirəm ki, virtual olaraq keçirilən konfransın həm plenar, həm də bölmə iclasları maraqlı və məzmunlu keçəcək. Fürsətdən istifadə edərək, konfransın təşkilində əməyi olan professor-müəllim heyətinə, magistrantların elmi rəhbərlərinə təşəkkür edirəm.