Hodja Akhmet Yassawı 7. International Congress On Scientific Research Volume 2
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Elm və təhsil |
Nəşriyyat | Iksad Publications |
Nəşr yeri |
. Hodja Akhmet Yassawı 7. International Congress On Scientific Research Volume 2. , Iksad Publications, 2023.
Hər birinizi Mingəçevir Dövlət Universitetində Hoca Əhməd Yəsəvi II Beynəlxalq Elmi Tədqiqatlar Konfransının açılış mərasimində həm öz adımdan, həm də Mingəçevir Dövlət Universiteti ailəsi adından salamlayıram. Xoş gəlmişsiniz.
Konfransın baş tutmasında İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun rəhbərliyinə, İnstitutun Türkiyədən olan əməkdaşlarına və Azərbaycandakı nümayəndələrinə təşəkkürümü bildirirəm.
Universitetimiz üçün əlamətdar haldır ki, növbəti Hoca Əhməd Yəsəvi II Beynəlxalq Elmi Tədqiqatlar Konfransı məhz Mingəçevir Dövlət Universitetinin ev sahibliyi ilə Azərbaycanda, Mingəçevir şəhərində keçirilir.
Bu konfrans Mingəçevir Dövlət Universitetinin ev sahibliyi etdiyi beynəlxalq səviyyəli üçüncü konfransdır. Son üç il ərzində isə universitetimiz artıq bir neçə beynəlxalq konfransın keçirilməsində tərəfdaş kimi iştirak etmişdir.