Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ekoloji təhlükəsizliyinin beynəlxalq hüquq və dövlətdaxili qanunvericilik problemləri
Müəllif | Xəlilov Qədir Rövşən oğlu |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Xəlilov Qədir Rövşən oğlu. Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəmərinin ekoloji təhlükəsizliyinin beynəlxalq hüquq və dövlətdaxili qanunvericilik problemləri. Bakı, Elm və təhsil, 2009.
Monoqrafiyada Bakı-Tbilisi-Ceyhan beynəlxalq neft boru kəmərinin (BTC) ekoloji təhlükəsizliyinin beynəlxalq hüquqi və dövlətdaxili qanunvericilik problemləri tədqiq edilir. BTC-nin ekoloji təhlükəsizliyinin beynəlxalq hüquqi tədqiqi, ham iştirakçı dövlətlərin ətraf mühitin mühafizəsi üzrə ümumi xarakterli beynəlxalq öhdəlikləri kontekstində, həm də bilavasitə müvafiq layihə üzrə formalaşmış öhdəliklərə uyğun araşdırılır. BTC-nin ekoloji təhlükəsizlik rejimində beynəlxalq hüquq normalarının adekvat dövlətdaxili qanunvericilik normaları vasitəsilə təmin edilməsi, ekoloji standartlar, texniki reqlamentlər, maddi məsuliyyət institutu və s. məsələlər öyrənilir.