GERIYƏ

Müxtəlifsistemli dillərdə təfəkkür feillərinin linqvistik təhlili (Azərbaycan və ingilis dillərinin materiallari əsasında)

Müəllif Qasimova S.F.
Nəşr olunduğu il 2020
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat "STAR çap evi"
Nəşr yeri Gəncə

Qasimova S.F. . Müxtəlifsistemli dillərdə təfəkkür feillərinin linqvistik təhlili (Azərbaycan və ingilis dillərinin materiallari əsasında). Gəncə, "STAR çap evi" , 2020.

Monoqrafiyada Azərbaycan və ingilis dillərində təfəkkür feillərinin dildə mənimsənilməsi, leksik, struktur-semantik xüsusiyyətləri ilk dəfə olaraq zəngin faktlarla geniş şəkildə araşdırılmışdır. Təfəkkür feilləri əqli fəaliyyət semantik sahəsini əhatə edən bir neçə qrupu özündə birləşdirir. Bu semantik sahənin mərkəzində əqli proses bildirən feillər və əqli fəaliyyətin nəticəsini əks etdirən mənalı feillər təşkil edir. Məhz onlar təfəkkür feillərinin leksik-semantik qrupunu təşkil edir, insanın vəziyyəti və əqli xüsusiyyətini əks etdirən feillər əqli fəaliyyət semantik sahəsinin periferiyasında yerləşir. Verilən sahədəki bütün qruplar üçün ümumi əsas onların fikrə münasibətidir. Hər iki müqayisə olunan dildə təfəkkür feillərinin əksəriyyəti təsirli feillərdir.