GERIYƏ

Heydər Əliyev müasir Azərbaycan Parlamentinin banisidir

Müəllif
Nəşr olunduğu il 2008
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Azərbaycan Respublikası Milli Məclisinin nəşri
Nəşr yeri Bakı

. Heydər Əliyev müasir Azərbaycan Parlamentinin banisidir. Bakı, Azərbaycan Respublikası Milli Məclisinin nəşri, 2008.

Bu kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi və ölkə parlamentinin 90 illiyi münasibəti ilə nəşr olunmuşdur. Dörd bölmədən ibarət kitabın I bölməsində ölkə Prezidenti İlham Əliyevin Azərbaycan xalqının əbədi liderinin və müsəlman Şərq aləmində ilk parlament respublikası Azərbaycan Xalq Cümhuriyyətinin yubileyləri haqqında sərəncam-ları, müstəqil Azərbaycanın III çağırış Milli Məclisindəki çıxışları dərc edilmişdir. "Heydər Əliyev müasir Azərbaycan parlamentinin banisidir" adlı II bölmədə ulu öndərin siyasi fəaliyyəti dövründə ölkəmizdə parlamentarizm ənənələrinin bərpası və inkişafındakı rolu, müasir Azərbaycan parlamentinin yaradıcısı kimi xidmətləri, demokratik, hüquqi dövlət quruculuğunda, yurdumuzun beynəlxalq əlaqələrinin dərinləşməsində əvəzolunmaz missiyası, Xalq Cümhuriyyəti dövründə parlamentin fəaliyyəti, dövlətçilik ideyasının şüurlara hakim kəsilmə-sində varislik prinsipinin əhəmiyyəti öz əksini tapmışdır. Bu zaman müstəqillik tariximizin müxtəlif dönəmləri barədə dövlətçiliyimizin memarı və qurucusu Heydər Əliyevin fikirlərindən geniş istifadə olunmuşdur. Bu bölmədə ulu öndərin siyasi varisi, Azərbaycan Prezidenti İlham Əliyevin Heydər Əliyev yolu-nun davamçısı kimi gördüyü işlər, yüksək səviyyəli Prezident-Parlament münasibətləri, ölkənin Birinci xanımı ənənələrinin yaranması məsələləri geniş işıqlandırılmışdır. III bölmədə Heydər Əliyevin Naxçıvan MR-də fəaliyyət göstərdiyi illərdə Muxtar Respublikanın parlamentində qəbul olunmuş qərarlar və digər sənədlər, IV bölmədə isə ulu öndərin Ali Sovetin Sədri kimi çalışdığı dövrdə ölkənin qanunvericilik orqanında qəbul edilmiş qanun və qərarlar dərc olunmuşdur. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.