Heydər Əliyev və Qafqazda sülh prosesi
Müəllif | Hüseynova İradə Mehtiqulu qızı |
---|---|
Nəşr olunduğu il | 2008 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Çaşıoğlu |
Nəşr yeri | Bakı |
Hüseynova İradə Mehtiqulu qızı. Heydər Əliyev və Qafqazda sülh prosesi. Bakı, Çaşıoğlu, 2008.
Təqdim olunan dərslikdə Azərbaycanda ilk dəfə olaraq Heydər Əliyevin Qafqaz regionunda sülhün, təhlükəsizliyin və əmin-amanlığın təmin olunmasında həyata keçirdiyi çoxşaxəlı fəaliyyəti elmi cəhətdən sistemli və kompleks şəkildə təhlil olunur.
Müəllif zəngin tarixi, mədəni, siyasi və iqtisadi irsə və biliklərə əsaslanmaqla, Qafqazda mövcud olan milli münaqişələrin sülh yolu ilə nizamlanması və ümumilikdə regionda sülhün və təhlükəsizliyin təmin olunması istiqamətində ümummilli lider Heydər Əliyevin misilsiz rolunu fundamental şəkildə araşdıraraq ümumiləşdirilmiş və əsaslandırılmış halda oxucuya təqdim edir.
Kompleks yanaşma metodundan istifadə edilməsi. SSRİ-nin süqutundan sonra Qaf-qazda baş verən mühüm tarixi hadisələrlə, xüsusilə regionda sülhün təmin olunmasında Heydər Əliyevin fəaliyyəti ilə ətraflı tanış olmağa imkan verir.
Dərslik ali təhsil müəssisələrində çalışan müəllimlər, alimlər, politoloqlar, həmçinin geosiyasi və beynəlxalq problemlərlə məşğul olan mütəxəssislər, magistratura pilləsində təhsil alan magistrlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.