GERIYƏ

Heydər Əliyev: şəxsiyyət və zaman.1969-1989, IV hissə

Müəllif Axundova Elmira Hüseyn qızı
Nəşr olunduğu il 2007
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Ozan
Nəşr yeri Bakı

Axundova Elmira Hüseyn qızı. Heydər Əliyev: şəxsiyyət və zaman.1969-1989, IV hissə. Bakı, Ozan, 2007.

Tanınmış Azərbaycan yazıçısı, publisisti, ictimai xadimi Elmira Axundova Heydər Əliyevin ilk bioqraflarındandır. Onun dahi şəxsiyyətin siyasi bioqrafiyasının müxtəlif dövrlərini əks etdiron «Naşirin qətli» (2001), «Həqiqət anları» (2003), «Şüşə saray» kitabları ölkənin mədəni həyatında hadisəyə çevrilmişdir. Elmira Axundova «Heydər Əliyev. Şəxsiyyət və Zaman» adlı çoxcildlik roman-tədqiqatını ömrünün ən mühüm layihəsi sayır. Beş ilə yaxın gərgin zəhmət, kitab qəhrəmanının uşaqlıq və gənclik dostları, qohumları və yaxınları ilə lentə alınmış yüzlərlə söhbət, tanınmış siyasi xadimlər və dövlət adamları ilə müsahibələr, DTK arxivlərində, Prezidentin şəxsi arxivində iş ulu öndərimizin ən dolğun və obyektiv bioqrafiyasını yaratmaq cəhdi olan romanın unikal sənədli əsasını təşkil edir. Kitab dərin təhlil və müəllif şərhləri ilə müşayiət edilən xeyli sayda az məlum olan fakt, epizod, eksklüziv informasiya ilə zəngindir. Yazıçının Heydər Əliyevlə şəxsi tanışlığı və dostluğu romana xüsusi emosionallıq və səmimiyyət gətirir. Elmira Axundova respublikanın əməkdar jurnalisti. Milli Məclisin deputatı, H.Zərdabi, R.Rza, N.Nəcəfov adına mükafatların laureatıdır, «Şöhrət» ordeni ilə təltif olunmuşdur.