GERIYƏ

Adsız yol

Müəllif Şahin Xəlil
Nəşr olunduğu il 2024
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat
Nəşr yeri Bakı

Şahin Xəlil. Adsız yol. Bakı, , 2024.

Qaranlığın tam ortasıyla gəlirdi. Rənglərin ən zəhmlisini addımlarıyla yarırdı. Yardıqca arxada buraxdığı boz kölgələr siluetini canlandırıb, yoxa çıxırdılar. Sahibsiz küçə itlərinin hürüşü və ilbislərin səsi pərdəyə çəkmişdi bu qaranlığı. Qəddar auranin tükürpədici xışıltısındakı qorxular idi gələn. Uşaqları qorxudan "xoxan"obrazı idi bəlkə də. Bəlkə də borc yiyələrinin vicdan xəyalındakı hədələri... Ölüm qoxusu,günəşdən əsər-əlamət qalmayan şəhərin fobiyası idi. Qaranlığın boğduğu fəryadları var idi bu çiskinli havada. Bir az da yağış var idi. Hərdən qonurdu pəncərələrin tozlarına. Yazıq damcılar...Çirklənirdilər bu tozlu pəncərələrin çirkabında.