GERIYƏ

Dönüşdən qurtuluşa

Müəllif Ağamirzəyev Fəxrəddin
Nəşr olunduğu il 2012
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Adiloğlu
Nəşr yeri Bakı

Ağamirzəyev Fəxrəddin. Dönüşdən qurtuluşa. Bakı, Adiloğlu, 2012.

Kitabda XX əsrdə ikinci dəfə müstəqillik qazanmış dünya azərbaycanlılarının lideri, zəmanəsinin misilsiz siyasətçisi, qlobal və bəşəri ideyalarla bağlı dövlət xadimi, dünya şöhrətli mübariz insandan - Heydər Əlirza oğlu Əliyev-dən jurnalist Fəxrəddin Ağamirzəyevin sovet epoxasının sonunda götürdüyü tarixi müsahibədən və bir ailənin timsalında Azərbaycanın əbədi Liderinə olan təmənnasız məhəbbətdən bəhs edilir. Müsahibənin gedişində Ümummilli Liderin həyat və siyasi fəaliyyətinin ən çətin, oxucular üçün indiyədək məlum olmayan məqamları açıqlamır, "olum" ya "ölüm" təhlükəsi qarşısında qalmış Azərbaycanın taleyi ilə bağlı bu böyük Vətən oğlunun fikirləri öyrənilir. Jurnalistin Dağlıq Qarabağın və ikiyo bölünmüş Azərbaycanın sabahı ilə əlaqədar sualları cavablandırılır. Söz yox ki, öz ağlı, nadir zəkası, polad iradəsi və əzmi ilə bəşəriyyəti hey rətdə qoyan bu bənzərsiz insanın öz xalqı qarşısındakı xidmətlərindən cild-cild kitablar yazılmış, yazılır və vazılacaq. Bu kitab isə böyük insanın müasiri və müsahibi olan jurnalistin, onun ailəsinin və bütün Azərbaycan xalqının Ümummilli Liderə olan sevgisindən doğan kiçik bir salnamədir.