Ətraf mühitə dövlət qayğısı
Müəllif | Ziyadxan Nəbibəyli |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Ekologiya |
Nəşriyyat | İmza |
Nəşr yeri | Bakı |
Ziyadxan Nəbibəyli. Ətraf mühitə dövlət qayğısı. Bakı, İmza, 2023.
Kitab arşdırma yekunu olaraq Azərbaycanda dövlət səviyyəsində ekoloji siyasətinin aparılmasının bəzi məqamlarına həsr edilmişdir. Müəyyən olunmuşdur ki, həqiqətən Respublikamızda ekoloji xidmətin məqsədi sağlam sabaha yönəldilmişdir. Bu mənada ölkəmizdə ekoloji vəziyyət daima diqqət mərkəzindədir. Burada ekoloji təbliğat da mühüm vəzifələrdən biridir. Heçdə az əhəmiyyət kəsb etməyən ekoloji problemlərdən biri də ətraf mühitin sağlamlaşdırılmasıdır ki, buna da Respublikamızda çox böyük önəm verilməkdədir. Odur ki, ətraf mühitlə əlaqəli Respublika rəhbərliyinin yetərli sayda sərəncamları mövcuddur ki, onun icrası dövlət qurumlarının ümdə vəzifəsidir. Hər bir ölkədə ekoloji sağlamlaşdırma ilk olaraq meşə və yaşıllıqların artırılmasıdır ki, bu sahədə də Azərbaycan öndədir. Lakin, hər bir ekoloji problemin həlli, həm də, su hövzələri və onların bioloji valıqlarının qorunması ilə sıxı əlaqəlidir. Buna yetərli dəyər verən ölkəmiz günümüzün hidrometeoroloji strukturuna və onun fəaliyyətinə öz qayğısını unutmur.Bəlli olduğu kimi ekoloji qayğıya Bakı və Sumqayıt şəhərlərinin, Abşeronun daha böyük
ehtiyyacı həmişə gündəmdədir və onların Xəzər sahillərində yerləşdiyindən, Xəzər də xüsusi diqqət tələb edəndir.