Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz
Müəllif | Timuçin Əfəndiyev |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Zərdabi LTD MMC |
Nəşr yeri | Bakı |
Timuçin Əfəndiyev. Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz . Bakı, Zərdabi LTD MMC, 2011.
Tarix uzaqlaşdıqca biz Heydər Əliyev dühasının əzəmətini, onun şəxsiyyətinin böyüklüyünü daha aydın dərk edirik. Əslində bu qeyri-adi şəxsiyyət hər zaman bizim əhatəmiz-dədir. Çünki ulu öndərin layiqli davamçısı Prezidentimiz İlham Əliyev Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycanı məhz onun miras qoyduğu dövlətçilik prinsipləri ilə idarə edir, onun imkan tapıb həyata keçirə bilmədiyi idealları tarixə çevirir. Bu misilsiz şəxsiyyətin xalqımız üçün etdiyi işlərin möhtəşəmliyini, tarixi dəyər və miqyaslarını əhatə etmək olduqca çətindir. Heydər Əliyevin miras qoyduğu sərvətlər içərisində onun zəngin nəzəri irsi xüsusi yer tutur. Onun irsi bizim milli sərvətimizdir. Bu qiymətli irsin mühüm bir hissəsini onun mədəniyyət, ədəbiyyat və incəsə nətin müxtəlif növ və janrları haqqında nəzəri konsepsiyaları müəyyənləşdirir.