GERIYƏ

Lənkəran tarixi-memarlıq və arxeoloji abidələri

Müəllif Aqşin Böyükağa oğlu Əliyev
Nəşr olunduğu il 2024
Elm sahəsi Mədəniyyət
Nəşriyyat Ecoprint
Nəşr yeri Bakı

Aqşin Böyükağa oğlu Əliyev. Lənkəran tarixi-memarlıq və arxeoloji abidələri. Bakı, Ecoprint, 2024.

Lənkəran rayonunun abidələrini əhatə edən və bu sahədə işıq üzü görən kitablardandır. Kitab elmi-inoformativ, fakt və məlumatların zənginliyi, məzmununun mükəmməlliyi baxımından diqqət çəkir. Burada Lənkəran rayonunun tarixini, etnoqrafiyasını, arxeoloji və memarlıq abidələrini – mağaraları, yaşayış yerlərini, qalaları, kurqanları, ne kropolları, qədim qəbiristanlıqları, məscidləri, hüseyniyyələri, ziyarəthagları, məqbərələri, pirləri, ocaqları, ləmləri, qədim hamamları, dəyirmanları və bulaqları əks etdirən məlumatlar, bölgə haqqında ümumi ensiklopedik məlumatlar və abidələrin fotoşəkilləri verilir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulur.