GERIYƏ

Xilaskar (qəlbimin səsi)

Müəllif Həsən Şirinov
Nəşr olunduğu il 2020
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat Azərbaycan
Nəşr yeri Bakı

Həsən Şirinov. Xilaskar (qəlbimin səsi). Bakı, Azərbaycan, 2020.

Müəllif bu kitabda ayrı-ayrı əsrlərdə cərəyan edən ictimai-siyasi proseslərin dini köklər zəminində Azərbaycanın əleyhinə yönəldiyini və torpaqlarımızın yalnız erməni daşnakları tərəfindən deyil, həmçinin onları dəstəkləyən üçüncü qüvvələr tərəfindən şəhidlərimizin qanı bahasına terrorçuluqla zəbt edilərək ermənilərə ərməğan edildiyini və bu günə qədər də davam edən bu haqsızlıqların, ikili standart siyasəti yürüdən ədalətsiz dünya güclərinin qarşısında təklənən Azərbaycanı Ulu Öndər Heydər Əliyevin necə xilas etdiyini, hansı çətinliklərlə üzləşdiyini oxuculara çatdırır. Ulu Öndər Heydər Əliyev siyasətinin gücü və əzəməti siyasi həmkarları üçün bu gün də bir sirr kimi əlçatmaz olaraq qalır. Həyatının mənasını, istirahətini xalqına, Vətəninə, millətinə xidmətdə görən və bu yolda siyasi fəaliyyətini həyat tərzinə çevirən o dahi şəxsiyyət xalqımızın unudulmaz xilaskarıdır! Bu kitab gənclərə çevik düşünməyi, müdrik və praktik biliklərə malik olmağı, riyakar qüvvələrlə ünsiyyətdə, müzakirə, araşdırma və təhlillərdə aldanmamağı, siyasi kursu dövlət müstəqilliyimizin qarantı olan o böyük şəxsiyyəti - Ulu Öndər Heydər Əliyevi dərk etməyi, qiymətləndirməyi bacarmağı və azərbaycanlılığı ilə fəxr etməyi aşılayır.