GERIYƏ

İnformatika terminlərinin izahlı lüğəti: ingiliscə-rusca-türkcə-azərbaycanca

Müəllif İsmayıl Calallı
Nəşr olunduğu il 2017
Elm sahəsi Kompyuter elmləri
Nəşriyyat İnformasiya texnologiyaları
Nəşr yeri Bakı

İsmayıl Calallı. İnformatika terminlərinin izahlı lüğəti: ingiliscə-rusca-türkcə-azərbaycanca. Bakı, İnformasiya texnologiyaları, 2017.

Heç kəsə sirr deyildir ki, son zamanlar milli informasiya məkanına virtual aləmdən sel kimi daxil olan məlumatlar kontekstində Azərbaycan dilinin terminoloji təhlükəsizliyinə təsir edən təhdidlərdən biri də ondan ibarətdir ki, müxtəlif bilik sahələri üzrə terminoloji lüğətlər hazırlayan bəzi mütəxəssislər (terminoqraflar) özlərinə əziyyət vermədən, zəruri araşdırmalar aparmadan xarici terminləri çox asanlıqla “milliləşdirirlər”. Lakin çoxillik əməkdaşlıq çərçivəsində etdiyim müşahidələrə əsasən qeyd etmək istərdim ki, İsmayıl Calallı terminlər yaradarkən hər bir anlayışın xüsusiyyətlərini tədqiq edir, dilçilər, tarixçilər, İKT sahəsinin alim və mütəxəssisləri ilə müzakirələr aparır, həmçinin İnternet resurslarının imkanlarından səmərəli istifadə edir. Bəzən arxaikləşmiş sözlərə uğurlu şəkildə yeni həyat verir, xarici terminlərin məzmununa adekvat milli terminlər yaradır. İsmayıl Calallı bir peşəkar informatikterminoqraf kimi Azərbaycan dilinin qorunması və İKT üzrə milli terminologiyanın yaradılması sahəsində çox səmərəli fəaliyyət göstərir. Tədqim olunan lüğət də məhz həmin çoxillik və gərgin araşdırmaların nəticəsidir.