GERIYƏ

Azərbaycan dilinin böyük frazeologiya lüğəti II

Müəllif Nəriman Seyidəliyev,Bayram Əhmədov
Nəşr olunduğu il 2024
Elm sahəsi Elm və təhsil
Nəşriyyat Aspoliqraf
Nəşr yeri Bakı

Nəriman Seyidəliyev,Bayram Əhmədov. Azərbaycan dilinin böyük frazeologiya lüğəti II. Bakı, Aspoliqraf, 2024.

Azərbaycan dilinin frazeoloji lüğətindən orta və ali məktəb müəssisələrində, kurslarda, lüğətçilik tədqiqatlarında, gənc alimlərin elmi araşdırmalarında, türkdilli xalqların böyükhəcmli lüğətlərinin hazırlanmasında dəyərli bir vəsait kimi istifadə oluna bilər. Bununla yanaşı, geniş oxucu kütləsi üçün də faydalıdır. Aydın tərtib prinsipləri və elmi cəhətdən düzgün əsaslandırılmış strukturu ilə fərqlənən mükəmməl sözlükdə frazeologiyanın hüdudları dəqiq müəyyənləşdirilib, sabit söz birləşmələri, mürəkkəb sözlər, tərkibi fellər, məcazlar, obrazlı ifadələrlə frazeologiya arasında münasibətlər aydınlaşdırılıb. 20 min 500-ə qədər frazeoloji vahidin izahının verildiyi lüğətdə “K-Z” hərfləri əhatə edilib.