GERIYƏ

Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər

Müəllif Səfa Qarayev
Nəşr olunduğu il 2020
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Savad
Nəşr yeri Bakı

Səfa Qarayev. Dədə Qorqud eposu: xan konsepti, ərgənlik metaforaları və psixoloji komplekslər. Bakı, Savad, 2020.

Kitabda "Kitabi-Dədə Qorqud" eposunun mənalar sistemi struktur-semiotik və psixoanalitik metodlarla araşdırılmışdır. Tədqiqatda kişilik idiokulturasının təcəssümü olan "KDQ" eposu və bu ənənəyə daxil olan digər folklor mətnlərindəki süjet, motiv və davranışlar yaradıcı fantaziya artefaktı olaraq psixoloji komplekslərin metaforik təzahürü kimi təhlil olunmuşdur.