Asəf Hacı oğlu Hacıyev: biblioqrafik göstərici
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
. Asəf Hacı oğlu Hacıyev: biblioqrafik göstərici. Bakı, Elm, 2022.
Biblioqrafik göstərici görkəmli riyaziyyatçı alim Asəf Hacı oğlu Hacıyevin həyatı, elmi-pedaqoji və ictimai fəaliyyətini, 1973-2021-ci illəri əhatə edən elmi əsərlərini, həmçinin alim haqqında yazılmış mənbələri əks etdirir. Biblioqrafik göstərici riyaziyyat üzrə elmi-tədqiqat işi aparan alim və mütəxəssislər, ali məktəb müəllimləri və tələbələri, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Biblioqrafiyaya alimin nəşr etdirdiyi kitabları, elmi və publisistik məqalələri, respublikada və xarici
ölkələrdə keçirilən konfranslardakı məruzələrinin tezisləri, habelə, redaktə etdiyi əsərlər, rəhbərlik və ya opponentlik etdiyi namizədlik (fəlsəfə doktoru) və
doktorluq (elmlər doktoru) dissertasiyaları, haqqında olan mənbələr daxil edilmişdir.