İnsan Hüquqları Komitəsi
Müəllif | Səftər Rəhimli |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Hüquq elmləri |
Nəşriyyat | “Bakı Universiteti Nəşriyyatı” |
Nəşr yeri | Bakı |
Səftər Rəhimli. İnsan Hüquqları Komitəsi. Bakı, “Bakı Universiteti Nəşriyyatı” , 2019.
Dərs vəsaitində Birləşmiş Millətlər Təşkilatının sisteminə aid qurumlardan İnsan Hüquqları Komitəsinin fəaliyyəti tədqiq edilir. Azərbaycan Respublikası ilə Komitə arasında konstruktiv əməkdaşlığın istiqamətləri göstərilir. Mülki və siyasi hüquqlar üzrə beynəlxalq Pakt, onun fakültativ protokolları və müvafiq prosedur qaydalar sistemli formada təhlil edilir. Beynəlxalq müqavilə mexanizmi kimi Komitənin fəaliyyətinin səmərəliliyini təmin edəcək beynəlxalq hüquqi vasitələr araşdırılır, insan hüquqlarının beynəlxalq müdafiəsi sistemində onun hüquqi təbiəti, mülki (şəxsi) və siyasi hüquqlar üzrə dövlətlərin beynəlxalq hüquqi öhdəliklərinin xarakteri, şəxsi və siyasi hüquqlar sferasında, beynəlxalq hüquq normalarının dövlətdaxili hüquqi implementasiyasında Komitənin rolu tədqiq edilir. Onun şərhlərinin daxili qanunvericilik üçün, insan hüquqları üzrə norma yaradıcılığında, təfsir və hüquq tətbiqetmədəki əhəmiyyəti təhlil edilir. Azərbaycan Respublikasının dövri hesabatlarının Komitə tərəfindən qiymətləndirilməsi, mövcud problemlər və onların həlli üçün verilən tövsiyələr şərh edilir. Xüsusi olaraq Komitənin fərdi şikayət proseduru geniş formada araşdırılır və Azərbaycan Respublikası qanunvericiliyində ayrı-ayrı şəxslərin İnsan Hüquqları Komitəsinə müraciət qaydasının təkmilləşdirilməsi üzrə təkliflər verilir.