GERIYƏ

“Vətəni sevməyən insan olmaz” mövzusunda Respublika elmi konfransının materialları

Müəllif
Nəşr olunduğu il 2024
Elm sahəsi Filologiya elmləri
Nəşriyyat Afpoliqraf
Nəşr yeri Bakı

. “Vətəni sevməyən insan olmaz” mövzusunda Respublika elmi konfransının materialları. Bakı, Afpoliqraf, 2024.

Çağdaş nəzəri-metodoloji araşdırmalarda XX əsr yenidən qiymətləndirilir, nəzəri konsepsiyalar milli ədəbi təcrübənin nəticələri əsasında ümumiləşdirilir, təhlil olunur, dünyanın qabaqcıl tənqid və ədəbiyyatşünaslıq elminin nailiyyətləri ilə əlaqələndirilir, elmi istiqamətlər müəyyənləşdirilir. Elmi və ictimai fikirdə bu dövr yeni inkişaf istiqaməti, ciddi problemlərin, mürəkkəb hadisələrin həlli baxımından, ədəbi - estetik və bədii düşüncə tarixinə böyük ədəbi şəxsiyyətlər verməsinə görə intibah əsri kimi qəbul edilir. Dünya ədəbi prosesində aparıcı mövqe tutan bu mərhələ ədəbi növ və janrların çeşidli sahələrində olduğu kimi Azərbaycan poeziyasının da mövzu və problematikası, təşəkkülü, formaca zənginləşməsi, yeni üslubun, ifadə tərzinin ədəbiyyata gətirilməsi, ədəbi məktəblərin yaradılması, yaradıcılıq xüsusiyyətləri, milli özünüdərk və müstəqillik uğrunda mübarizənin aparılması, inkişaf vüsəti ilə diqqət mərkəzinə çəkilir.