GERIYƏ

Aşıq Əhmədin yaradıcılığı

Müəllif Yaqut Bahadurqızı
Nəşr olunduğu il 2009
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Çaşıoğlu
Nəşr yeri Bakı

Yaqut Bahadurqızı. Aşıq Əhmədin yaradıcılığı. Bakı, Çaşıoğlu, 2009.

Kitabda XX əsr Şirvan aşıq mühitinin görkəmli nümayəndəsi, Böyük Vətən müharibəsi veteranı, əməkdar mədəniyyət işçisi, yarım əsrdən çox müddətdə sazı və sözü ilə aşıq sənəti ənənələrini böyük sədaqətlə yaşatmış, şeirləri və bəstələri ilə Azərbaycan aşıq sənətinin inkişafında böyük rol oynamış, mahnıları bu gün də el məclislərinin yaraşığı olan Aşıq Əhmədin ömür yolu və yaradıcılığından bəhs olunur. Sənətkarın poetik irsinin geniş elmi əsaslarla araşdırıldığı bu tədqiqat həm uyğun sahə mütəxəssisləri, həm də aşıq sənəti və yaradıcılığı ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.