GERIYƏ

Vətən həsrətli, barıt qoxulu sətirlər

Müəllif Səftər Həsənzadə
Nəşr olunduğu il 2009
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

Səftər Həsənzadə. Vətən həsrətli, barıt qoxulu sətirlər. Bakı, Mütərcim, 2009.

Kitabda əslən Şirvanın Ucar bölgəsindəki Yuxarı Şilyan kəndindən olan, dünyadan nakam getmiş istedadlı şair Səftər Həsənzadənin İkinci Cahan Savaşı dövründə səngərlərdə qələmə aldığı Vətən həsrətli, yurd sevgili, qələbə ruhlu şeirlərindən nümunələr verilmişdir. Səftər Həsənzadə şeirlərində təqdim və təsvir etdiyi müharibə «mənzərələri»ni neçə illərdir Qarabağ cəbhəsində gedən döyüşlərdə yaşanan faciələrlə müqayisə etmək olar. Dövrümüzlə həmahəng səsləşən bu nümunələrin aktual olduğunu nəzərə alaraq onların, oxuculara çatdırılmasını təqdirəlayiq hesab edirik.