GERIYƏ

İZAHLI TƏRCÜMƏŞÜNASLIQ TERMİNLƏRİ LÜĞƏTİ

Müəllif R.Manafoğlu, N.Tağısoy, R.Kamal
Nəşr olunduğu il 2010
Elm sahəsi Ədəbiyyat və dilçilik
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

R.Manafoğlu, N.Tağısoy, R.Kamal. İZAHLI TƏRCÜMƏŞÜNASLIQ TERMİNLƏRİ LÜĞƏTİ. Bakı, Mütərcim, 2010.

Müəlliflərin birgə yazdıqları bu dəyərli mənbədə tərcümə işinin, tərcüməşünaslığın xeyli məsələləri bu elmin son illər qazandığı nailiyyətlər fonunda işıqlandırılaraq oxuculara təqdim edilir. Burada tərcümə fikrinin və fəaliyyətinin tarixi və metodologiyasından tutmuş tərcümənin ümumi nəzəriyyəsi və əsas prinsipləri, tərcümənin başlıca üsulları, tərcümənin xüsusiyyətləri, tərcümə prosesinin istiqamətləri, tərcümə metodikası, tərcümə mexanizmi, tərcümə fəaliyyətinin sosial tərəfləri və modelləri, tərcümə tipləri və növləri (bədii və elmi-texniki tərcümə, publisistik tərcümə), tərcümədə prinsipial əhəmiyyətli məsələlər, tərcümə informasiyasının ümumi müddəaları, tərcümənin səviyyələri: söz, termin, söz birləş məsi, cümlə, mətn tərcümələri və s. kimi tərcüməşünaslığın ən mühüm problemləri əhatə olunur.