BAKI VƏ AZƏRBAYCAN TARİXİNƏ DAİR ƏSƏRLƏR (1918-1919)
Müəllif | M.Ə.Rəsulzadə |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Qanun Nəşriyyatı |
Nəşr yeri | Bakı |
M.Ə.Rəsulzadə. BAKI VƏ AZƏRBAYCAN TARİXİNƏ DAİR ƏSƏRLƏR (1918-1919). Bakı, Qanun Nəşriyyatı, 2013.
M.Ə.Rəsulzadənin oxuculara təqdim etdiyimiz bu kitabına onun Bakı və Azərbaycan tarixi ilə əlaqədar Cümhuriyyətin varlığının ilk ilində yazdığı əsərləri daxil edilmişdir. Onlardan biri Bakı hələ azad edilməmişdən, 1918-ci ilin sentyabrından əvvəl İstanbulda nəşr olunan "Tərcümani-həqiqət" qəzetində Bakı ilə əlaqədar verdiyi bəyanat, 1918-ci il noyabrın əvvəllərində İstanbuldan vətənə döndükdən sonra, 1918-ci il dekabrın 2-dən başlayaraq "Azərbaycan" qəzetində "Azərbaycan paytaxtı" sər- lövhəsi ilə dərc olunan elmi araşdırmaları, habelə müstəqil döv- lətimizin Azərbaycan adlanması ilə əlaqədar İran iddialarına cavab olaraq yazdığı "İran və biz", "Azərbaycan və İran", "İran - Azərbaycan" sərlövhəli məqalələri, həmçinin Cümhuriyyətin bir illiyi ilə əlaqədar "İstiqlal" məcmuəsində dərc olunmuş "Azərbaycan Cümhuriyyəti" adlı əsəri daxil edilmişdir.
Zənnimizcə oxucular üçün faydalı olacaqdır.